Bakıda VAZ-2107 11 yaşlı uşağı vurub qaçdı, polis yaxaladı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 11 yaşlı uşağı avtomobil vurub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.
Qəsəbə ərazisində VAZ-2107 markalı avtomobil qəfil yola çıxaraq hərəkətdə olan motosikletlə toqquşub. Hadisə nəticəsində motosikletdə olan sərnişin, 2015-ci il təvəllüdlü R.Əsədov ağır bədən xəsarətləri alıb.
R.Əsədovun anası Şəfa Nəsibova bildirib ki, VAZ-2107-nin sürücüsü hadisə yerindən qaçıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən VAZ-2107 markalı avtomobilin sürücüsü T.Əliyev müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.
Qalereya
Oxşar xəbərlər
Sumqayıtda yol çöküb
Sumqayıtda yolun daha bir hissəsi çöküb. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Çökmə ilə əlaqədar ə...