Azərbaycanın məlumat mərkəzləri ilə bağlı əsas üstünlükləri açıqlanıb
Azərbaycanın məlumat mərkəzləri sahəsində əsas rəqabət üstünlüyü regional və qlobal miqyasda oynadığı birləşdirici rol ilə bağlıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) 2-ci günü çərçivəsində keçirilən paneldə bildirib.
O vurğulayıb ki, hazırda 50-dən çox təşəbbüsü əhatə edən "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"sı çərçivəsində iri qlobal texnologiya şirkətləri ilə əməkdaşlıq genişləndirilir: "Bu strategiya xüsusilə nəhəng hiper-skalyerlərin Azərbaycana gəlməsi və məlumat mərkəzləri yaratması üçün xüsusi stimulların formalaşdırılmasına yönəlib. Bu məlumat mərkəzləri yalnız Azərbaycanın yerli bazarına deyil, regional və qlobal miqyasda xidmət göstərəcək".
F.Cəfərov qeyd edib ki, Azərbaycanı regional məlumat mərkəzinə çevirmək üçün nəhəng şirkətlərlə müqavilələr imzalanıb: "Ölkənin əsas rəqabət üstünlüyü regional və qlobal miqyasda oynadığı birləşdirici rolla bağlıdır. Kiçik ölkə olmağımıza, dənizə çıxışı olmayan bir ərazidə yerləşməyimizə baxmayaraq, hazırda Orta Dəhliz layihəsində mühüm rol oynayırıq və bu istiqamətdə qlobal miqyasda əsas rol icra edirik. Gələcək baxışımız isə Azərbaycanda "yaşıl enerji" istehsal etmək və bunu kabellər vasitəsilə Avropaya ötürməkdir. Bu, strateji məqamdır. Ölkə olaraq, həm də optik kabellərimiz vasitəsilə Çini Avropa ilə birləşdirən əlaqələndirmə elementinə malikik. Beləliklə, uğur formulası üçün tələb olunan bütün elementlərə sahibik".
Oxşar xəbərlər
Mənzil bazarında domino effekti: Sumqayıtda bahalaşmanın SİRRİ
Son illərdə ölkənin daşınmaz əmlak bazarında baş verən kəskin qiymət artımı artıq tək paytaxt Bakı ilə məhdudlaşmır. Bir vaxtlar Bakı ilə müqayisədə "əlçatan al...