"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu
27 yaşlı İlkin İsgəndərli 2024-cü ildə tələbə yoldaşının toyuna qatılmaq üçün Ağdaş rayonuna gedib. Lakin o, toy mərasimindən sonra evinə qayıtmayıb.
BAKU.WS Baku TV-yə istinadla bildirir ki, İlkin İsgəndərlinin atasının sözlərinə görə, hadisə Ağdaş rayonundakı "Səma" şadlıq sarayında keçirilən toy zamanı yaranan mübahisə nəticəsində baş verib:
"Toyda mahnı üstündə mübahisə yaranıb. Dostları ilə rəqs ediblər. Bu rəqs bəyin yaxın qohumlarının xoşuna gəlməyib. Sonra foyedə mübahisə ediblər. Oğlumun başını əzmişdilər, qolunu sındırmışdılar. Sonra oğlum qanitirmədən həyatını itirib. Təzə evlənmişdi, bir yaş altı aylıq övladı var, ailəmiz məhv oldu".
İlkinin atası həmçinin bildirir ki, hadisənin baş verdiyi restoranda çoxsaylı müşahidə kameraları olsa da, kameraların əksəriyyəti işləməyib və mövcud görüntülərin bir hissəsi aydın olmayıb. Məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxs üçün 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib. İlkinin atası isə ömürlük həbs cəzası tələb etdiyini deyir.
Məhkəmənin qərarı ilə təqsirləndirilən Qadir Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq?
Ev şəraitində hazırlanan qida məhsullarının satışına dair yeni tənzimləmə mexanizminin hazırlanması planlaşdırılır. Bəs, alıcı və satıcılar bu mövzuya necə yana...