Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır
Kanada Avropa İttifaqında (Aİ) tamhüquqlu üzvlük əldə etmək məsələsini qaldırmır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Anita Anand bildirib.
"Biz Avropa İttifaqının tamhüquqlu üzvü olmağa can atmırıq. İndiki mərhələdə Aİ ilə münasibətlərə hər hansı konkret ad qoymuruq", - o, Ottavada keçirilən birgə mətbuat konfransında qeyd edib.
Anandın sözlərinə görə, oktyabrın sonunda Monrealda keçiriləcək Kanada və Aİ sammiti ərəfəsində tərəflər "münasibətlərin dərinləşdirilməsi"ni müzakirə edirlər. Söhbət süni intellekt texnologiyalarının işlənib hazırlanması, kritik əhəmiyyətli mineralların emalı, həmçinin müdafiə və təhlükəsizlik sahələrində daha sıx inteqrasiyadan gedir.
Oxşar xəbərlər
ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib
Yeni tənəffüs patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə oluna biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər. BAKU.WS "Report"a istinadən...