ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib
Yeni tənəffüs patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə oluna biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
"Gecələr məni yuxudan oyadan narahatlıqlardan biri yeni tənəffüs patogenin ortaya çıxma ehtimalıdır. Bu isə COVID-in yaratdığı nəticələrə bənzər fəsadlara səbəb ola bilər", - o deyib.
Qebreyesus vurğulayıb ki, yeni pandemiya qaçılmazdır və bu, zaman məsələsidir: "Növbəti pandemiya "əgər" yox, "nə vaxt" məsələsidir".
ÜST rəhbəri həmçinin qeyd edib ki, Konqo Demokratik Respublikasında Ebolanın davam edən yayılması epidemiyanın istənilən yerdə və istənilən vaxt başlaya biləcəyini, həmçinin təkcə yerli icmalar üçün deyil, qonşu ölkələr və bütün dünya üçün təhlükə yarada biləcəyini xatırladır.
Oxşar xəbərlər
Trampın BMT-dəki çıxışı İranda QALMAQAL YARADIB: Heyət zalı tərk edib, bir nəfər qalıb...
İranın sabiq xarici işlər naziri, hazırda deputat olan Mənuçöhr Möttəki ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı çıxışı zamanı kürəkəninin zalda...