Xəzərdə dənizində 14 hərbçi həlak oldu - Qazaxıstanın 5 yüksək rütbəli şəxsi SAXLANILDI

Xəzərdə dənizində 14 hərbçi həlak oldu - Qazaxıstanın 5 yüksək rütbəli şəxsi SAXLANILDI
Dünya 47

Qazaxıstanda hərbi təlimlər zamanı hərbçilərin Xəzər dənizinə düşməsi ilə bağlı hadisənin yeni təfərrüatları açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, hərbçilər "Kayser" katerindən sahilə çıxarıldıqları zaman əlverişsiz hava şəraiti səbəbindən dənizə düşüblər.

Hadisə Mangistau vilayətində, Aktau şəhərindən təxminən 43 kilometr məsafədə, Xəzər dənizinin sahilində baş verib. Sentyabrın 24-də hərbi təlimlər zamanı hava şəraitinin qəfil pisləşməsi və küləyin güclənməsi nəticəsində 17 hərbçini dənizə düşüblər. Onlardan üçü xilas edilib, 14 nəfərin isə öldüyü sonradan təsdiqlənib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. İstintaq çərçivəsində hərbi təlimlərin təşkili zamanı qəbul edilmiş qərarlar, təhlükəsizlik tələblərinə əməl olunması və digər hallar araşdırılır.

Qazaxıstanın rəsmi məlumatına əsasən, hadisə ilə bağlı beş yüksək rütbəli hərbi qulluqçu saxlanılıb. Onların arasında Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi – baş komandanın birinci müavini, iki hərbi hissə komandiri, dəniz piyadaları bölüyünün və katerin komandirləri də var. Onlar xidmətə səhlənkar münasibətdə şübhəli bilinirlər.

Faciə ilə əlaqədar Qazaxıstanda 25 sentyabr ümummilli matəm günü elan edilib. Ölkə rəhbərliyi hadisənin bütün təfərrüatlarının araşdırılması və həlak olan hərbçilərin ailələrinə yardım göstərilməsi ilə bağlı tapşırıqlar verib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər