Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində kütləvi qəza olub
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində kütləvi qəza olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, sprint yarışının sonunda xaos yaşanıb.
Bir neçə bolid bir-birinə dəyərək trasdan çıxıb.
Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 26-da başa çatacaq.
*** 09:15
"Formula 2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, "İnvicta Racing"in pilotu Coşua Durksenin idarə etdiyi bolid baryerə çırpılıb.
Təhlükəsizlik avtomobili trasa girib.
Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.
"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə yarışın startında qeydə alınıb.
İkinci döngəyə gedən yolda "İnvicta Racing"in pilotu Rafael Kamaranın idarə etdiyi bolid "Prema Racing"in sürücüsü Mari Boyanın avtomobilinə dəyib.
Nəticədə sarı bayraq qaldırılıb. M. Boya yarışda mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, Bakıdakı qran-pri sentyabrın 26-da başa çatacaq.
Qalereya
Oxşar xəbərlər
Sabirabadda AĞIR QƏZA: Ölən və yaralanan var
Sabirabadda yol qəzası baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Osmanlı kəndində qeydə alınıb. Avtoqəzada bir nəfər ölüb,...