Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər

Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər
Foto
Dünya 0

Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda görüşərək regiondakı son vəziyyət və iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.

BAKU.WS xəbər verir ki, görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutub.

Şahbaz Şərif görüşlə bağlı "X" hesabında paylaşım edərək Pakistan və İran arasında uzunmüddətli və dərin əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Pakistan Baş naziri bildirib ki, tərəflər qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər.

Görüş zamanı regionda baş verən dəyişikliklərlə bağlı fikir mübadiləsi aparılıb. Şahbaz Şərif uzunmüddətli münaqişədən narahatlığını ifadə edərək təmkinin qorunmasının, gərginliyin azaldılmasının və diplomatik səylərin davam etdirilməsinin vacibliyini qeyd edib.

Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər

O, həmçinin İslamabad Anlaşma Memorandumunun müddəalarının inkişaf etdirilməsi istiqamətində Pakistanın səylərini davam etdirəcəyini bildirib.

Şahbaz Şərif Pakistanın regionda davamlı sülh və sabitliyin təmin olunmasına töhfə vermək üçün konstruktiv rol oynamağa hazır olduğunu vurğulayıb. Baş nazir Məsud Pezeşkianın Pakistan-İran dostluğuna sadiqliyini yüksək qiymətləndirib və regional məsələlərdə iki ölkə arasında sıx koordinasiyanın əhəmiyyətini qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər