Böyük kriptovalyuta birjası sındırıldı: 351 milyon dollar oğurlandı
Böyük kriptovalyuta birjalarından biri olan "Bitget" haker hücumuna məruz qalıb. Kibercinayətkarlar platformanın bəzi isti kriptovalyuta cüzdanlarına giriş əldə edərək 351 milyon dollardan çox vəsait oğurlayıblar.
BAKU.WS-in məlumatına görə, bu barədə "Bitget"in baş direktoru Qreysi Çen "X" sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, sentyabrın 24-də şirkətin təhlükəsizlik sistemi bəzi isti cüzdanlardan şübhəli köçürmələr həyata keçirildiyini müəyyən edib. Hücum aşkarlanan zaman oğurlanan aktivlərin artıq "Ethereum" kriptovalyutasına çevrildiyi məlum olub.
İlkin hesablamalara əsasən, oğurlanan vəsaitin ümumi dəyəri təxminən 351,6 milyon dollar təşkil edib.
Hücum zamanı "Bitget"in soyuq cüzdanlarına müdaxilə edilməyib. Bu cüzdanlarda kriptovalyuta aktivlərinin əsas hissəsi internetə daimi bağlantı olmadan saxlanılır.
Təhlükəsizlik tədbiri olaraq kriptovalyuta birjasında vəsaitlərin çıxarılması müvəqqəti dayandırılıb.
"Bitget" rəhbərinin açıqlamasına görə, istifadəçilərə dəyən zərərin xüsusi fond hesabına kompensasiya edilməsi planlaşdırılır. Şirkətin həmin fondunda 464 milyon dollardan çox vəsaitin olduğu bildirilir.
Qeyd edək ki, kriptovalyuta platformalarına qarşı hücumlar nəticəsində son illərdə böyük məbləğlərdə rəqəmsal aktivlər oğurlanıb.
Oxşar xəbərlər
Vaşinqton Avropadakı müharibəni bitirə biləcək? Zelenski ABŞ-də nələrdən danışdı?
ABŞ administrasiyası Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində üç mərhələli yanaşma irəli sürüb. Baku TV-nin məlumatına görə, Ukrayna Prezidenti...