Xalq artisti: "11 yaşımda ana oldum, mən böyümədim"
Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:
"10 yaşımda anam dünyasını dəyişmişdi. Tələbə olanda anam və atam artıq yox idi. Universitetə daxil olduğum il sentyabrın 24-də ad günüm idi. Atam da ayın 21-də dünyasını dəyişdi. Ona bu sevincli xəbəri çatdıra bilmədim, çünki cavablar gec çıxmışdı.
Amma ata-anamdan, hər şeydən vacib çox böyük Allahım var. O, mənə güc verdi. Evdəki uşaqlar arasında ən böyük mən idim. 11 yaşımda ana oldum, mən böyümədim ki... Yeddi yaşımda bacımı məktəbə aparırdım. 3-4 yaşlı bacı-qardaşlarıma baxırdım. Mən Tanrıdan güc alırdım".
Oxşar xəbərlər
"Tuzlu Kahve"nin çəkildiyi lüks malikanənin sahibi açıqlandı
Yeni yayımlanmağa başlayan "Tuzlu Kahve" serialının çəkildiyi lüks villanın kimə aid olduğu açıqlanıb. BAKU.WS xəbər verir ki, ekran işinin lentə alındığı dəni...