"Birliyin Gücü - 2026": Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər dənizinin Azərbaycana məxsus akvatoriyasında yerləşən "Böyük Zirə" təlim sahəsində təşkil olunan təlimdə Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri cəlb olunub. Hazırlıq prosesində hər üç ölkənin hərbi qulluqçuları fəal iştirak ediblər.
Təlimdə dəniz və sahil infrastrukturunun mühafizəsi, terrorçular tərəfindən ələ keçirilmiş gəminin və girovların azad edilməsi, ərazinin minalardan təmizlənməsi, adaya dəniz desantının çıxarılması, terrorçu bazasının məhv edilməsi, eləcə də yaralıya ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi üzrə tapşırıqlar yerinə yetirilib.
Qeyd edək ki, təlimin əsas məqsədi dost və müttəfiq ölkələrin orduları arasında xüsusi əməliyyatların keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsidir.
Qalereya
Oxşar xəbərlər
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mihai Popşoyla görüşüb. BAKU.WS xəbər ve...