Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"

Nurgül Yeşilçay: Yenidən gənc olmaq istəməzdim
Video
Şou-biznes 50

Məşhur aktrisa Nurgül Yeşilçay açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, verilişlərin birində qonaq olan aktrisa gənclik illərindən söz açıb.

O bir daha həmin yaşlara qayıtmaq istəmədiyini qətiyyətlə bildirib.

Aktrisa gənclik dövrünün təcrübəsizlik və qərarsızlıqlarla dolu olduğunu vurğulayaraq həmin illərdə yaşadığı çətinliklərdən danışıb:

"Heç vaxt yenidən gənc olmaq istəməzdim. Çox axmaq bir dövr olur… Nə edəcəyini, nə deyəcəyini bilmirsən, yaşamağı bacarmırsan. Çox çətindir o yaşlar. Bir dəfə də olsun yenidən gənc olmaq istəməzdim. O yaşlarda övladım dünyaya gəldi, uşağın qulluğu-qayğısı və sairə. Çətin idi. Məncə, yenə də ən yaxşısı bu yaşlardı, əni 45-dən sonrası…".

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər