ABŞ-də ağdərili cütlüyün qaradərili körpəsi ailədə qalmaqala səbəb oldu

ABŞ-də ağdərili cütlüyün qaradərili körpəsi ailədə qalmaqala səbəb oldu
Foto
Dünya 64

ABŞ-də ağdərili cütlüyün qaradərili körpəsinin dünyaya gəlməsi ailə daxilində gərginliyə səbəb olub. Qadının həyat yoldaşı və onun ailəsi körpənin dəri rəngini əsas gətirərək qadını xəyanətdə ittiham edib.

BAKU.WS xəbər verir ki, hadisədən sonra ata olmağa hazırlaşan kişi vəziyyətə aydınlıq gətirmək üçün DNT testi keçirəcəyini açıqlayıb.

Doğuşdan sonra kişinin ailə üzvləri gənc qadının həyat yoldaşına xəyanət etdiyini iddia ediblər. Onlar körpənin dəri rəngini bu iddiaya əsas kimi göstəriblər.

Hadisə ilə bağlı doğuş zamanı və sonrasında çəkildiyi bildirilən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülər geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, körpənin dəri rənginin valideynlərdən fərqli olması təkbaşına xəyanət faktını sübut etmir. Dəri rənginin formalaşmasında müxtəlif genetik faktorlar rol oynayır.

ABŞ-də ağdərili cütlüyün qaradərili körpəsi ailədə qalmaqala səbəb oldu

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər