ABŞ-nin müdafiə nəhəngləri Bakıya gəlirlər

ABŞ-nin müdafiə nəhəngləri Bakıya gəlirlər
Video
Siyasət 14

Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında Bakıda keçiriləcək "ADEX-2026" beynəlxalq müdafiə sərgisində ABŞ müdafiə sənayesinin iki nəhəng şirkətinin - "Lockheed Martin" və SIG SAUER-in ilk dəfə iştirak etməsi və bu addımın regional hərbi-siyasi əhəmiyyəti təhlil olunub.

Bildirilib ki, avqustun 26-da yayılan məlumata görə, 20-dən çox ölkədən 200-dən artıq şirkətin iştirakı təsdiqlənib.

Lakin ABŞ şirkətlərinin qatılması ADEX-in regional sərgidən qlobal platformaya çevrildiyini göstərən tamamilə yeni gündəmdir.

Qeyd olunub ki, dünyanın ən böyük hərbi şirkəti olan "Lockheed Martin" 2024-cü ildə 64.65 milyard dollar gəlir əldə edib. Şirkət 2025-ci ili 75 milyard dollar satış və 193.6 milyard dollarlıq sifariş portfeli ilə başa vurub. "Lockheed Martin" Azərbaycana hava-raket müdafiəsi, uzaqmənzilli zərbə sistemləri və radarlar təklif edə bilər.

Diqqətə çatdırılıb ki, SIG SAUER şirkətinin isə 2 000-dən artıq əməkdaşı var və şirkət hərbi, hüquq-mühafizə və kommersiya istifadəçiləri üçün sistemlər istehsal edir. Azərbaycan üçün SIG SAUER-in təklif edə biləcəyi istiqamətlər daha çox fərdi silahlar, tapançalar, optik nişangahlar, sursat və müxtəlif aksesuarlar, komplektləşdirmə həlləri ola bilər. Yekunda vurğulanıb ki, hər iki şirkətin Bakıya gəlişi Azərbaycanın müdafiə bazarı və ADEX platformasının ABŞ-nin aparıcı istehsalçıları üçün birbaşa dialoq məkanına çevrildiyini göstərir.

Son xəbərlər