Ucar sakininə müddətsiz I dərəcə əlillik təyin olundu – Agentlik məsələni nəzarətə götürdü
Dövlət Tibbi-Sosial Ekspertiza və Bərpa Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov sosial şəbəkə hesabında Ucar rayon sakini ilə bağlı edilən yeni təyinat barədə məlumat paylaşıb.
BAKU.WS-in məlumatına görə, o qeyd edib ki, 1997-ci il təvəllüdlü Əliyev Elman Arif oğluna orqanizmin funksiyalarının 85 faiz pozulmasına görə I dərəcə müddətsiz (ömürlük) əlillik və müvafiq aylıq sosial ödənişlər təyin olunub.
Bildirilib ki, E.Əliyevin II dərəcə əlillik müddəti başa çatsa da, müddətin uzadılması üçün zəruri olan "Forma 88" göndərişi elektron sistemə daxil edilməmişdi. Müvafiq göndəriş olmadan isə əlillik təyinatının aparılması mümkün deyildi.
Məsələ mediada işıqlandırıldıqdan sonra Agentlik vəziyyəti dərhal nəzarətə götürüb. TƏBİB-lə birgə həyata keçirilən texniki prosedurlar və dəstək tədbirləri nəticəsində aidiyyəti tibb müəssisəsi tərəfindən elektron sistemə zəruri göndəriş daxil edilib.
Aparılan operativ qiymətləndirmənin yekunu olaraq Elman Əliyevə I dərəcə müddətsiz əlillik, eləcə də əlilliyə görə aylıq sosial ödənişlər rəsmiləşdirilib.
Oxşar xəbərlər
Həkimlər niyə rayonlarda işləmək istəmir? - Tanınmış professor açıqladı
"Rayonlarda həkim çatışmazlığı demək olar ki, bütün ixtisaslar üzrə özünü göstərir. Xüsusilə dar ixtisaslar üzrə mütəxəssislərin sayı kifayət qədər deyil. Bunun...