"Formula 1": Corc Rassellin Azərbaycan Qran-prisində liderliyi davam edir

Formula 1: Corc Rassellin Azərbaycan Qran-prisində liderliyi davam edir
İdman 57

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.

BAKU.WS report-a istinadən xəbər verir ki, 20 dövrədən sonra "Mersedes" pilotu Corc Rassell hələ liderdir.

"Maklaren"dən Oskar Piastri ikinci pillədə qərarlaşıb.

"Red Bull"dan Maks Ferstappen üçüncü sıradadır.

Qeyd edək ki, 20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

*** 15:21

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.

BAKU.WS report-a istinadən xəbər verir ki, 10 dövrədən sonra "Mersedes" pilotu Corc Rassell liderdir.

"Maklaren"dən Oskar Piastri ikinci pillədə qərarlaşıb.

"Red Bull"dan Maks Ferstappen üçüncü sıradadır.

Qeyd edək ki, 20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

*** 15:03

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, mübarizəyə saat 15:00-da start verilib.

Ötən gün "Mersedes" pilotu Corc Rassell sıralama turunda ən yaxşı nəticəni göstərib.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.

2016-cı ildə almaniyalı Niko Rosberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lüis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2024-cü ildə Oskar Piastri (Avstraliya), 2025-ci ildə Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda yarış təşkil olunmayıb.

Azərbaycan Qran-prisinədək "Mersedes"in italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla liderdir. Onun Böyük Britaniyadan olan komanda yoldaşı Corc Rassell (211 xal) ikinci, "Ferrari"dən Lüis Hemilton (191 xal) üçüncüdür.

Konstruktorlar Kubokunda da "Mersedes" liderdir - 503 xal. "Ferrari" ikinci (358 xal), "Maklaren" (306 xal) üçüncü pillədə qərarlaşıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər