"Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
Sayca 10-cu dəfə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici televiziya kanalı və yayım platformasında canlı yayımlanacaq.
Bu barədə BAKU.WS-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Yarışı yayımlayan əsas beynəlxalq media qurumları arasında "Sky", "beIN SPORTS", "Canal+", "ESPN/Disney", "DAZN", "BBC Radio 5 Live" və qlobal yayım platforması Netflix də yer alır.
Azərbaycan Qran-Prisinə beynəlxalq marağın miqyasını əvvəlki illərin izlənmə göstəriciləri də nümayiş etdirir. Ötən il "Formula 1" yarışlarını ümumilikdə 72 milyondan çox insan izləyib. Həmin il ABŞ-ın ESPN kanalında Azərbaycan Qran-Prisinin əsas yarışını təxminən 1,1 milyon tamaşaçı izləyib. Bu, ABŞ televiziya tarixində Azərbaycan Qran-Prisi üçün rekord izlənmə göstəricisi olub.
Azərbaycan Qran-Prisinin qlobal auditoriyası əsasən Böyük Britaniya, Avstriya, Niderland və İtaliya kimi ölkələri əhatə edir.
Oxşar xəbərlər
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, mübarizəyə saat 15:00-da start verili...