Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib

Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
Foto
Sosial 0

Azərbaycan və ABŞ-nin "Brookfield Asset Management" şirkəti arasında enerji keçidi və enerji saxlancı, bərpa olunan enerji məsələləri nəzərdən keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında paylaşım edib

M. Cabbarovun sözlərinə görə, bu barədə müzakirələr İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində şirkətin baş icraçı direktoru Konor Teski ilə görüşündə apaılıb.

O bildirib ki, şirkətin real aktivlərə yönəlmiş qlobal investisiya fəaliyyəti nəzərə alınmaqla, mövcud əməkdaşlıq çərçivəsində ölkəmizdə investisiya baxımından maraq doğuran sahələr və mümkün layihələr barədə fikir mübadiləsi aparılıb: Həmçinin rəqəmsal infrastruktur və digər istiqamətlərdə investisiya imkanlarının araşdırılması məsələlərini nəzərdən keçirdik".

Bundan başqa, AIIF 2026 çərçivəsində nazir "Vista Equity Partners" şirkətinin təsisçisi və sədri Robert F. Smith ilə görüşüb. Ölkəmizin investisiya potensialı, qlobal maliyyə bazarlarında yaranan imkanlar və qarşılıqlı maraq doğuran yeni investisiya istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər