Müğənninin şikayəti icraata götürüldü: Bloqer Sevinc Hüseynova təqsirləndirilən şəxs oldu

Müğənninin şikayəti icraata götürüldü: Bloqer Sevinc Hüseynova təqsirləndirilən şəxs oldu
Şou-biznes 47

Müğənni Afət Fərmanqızının bloqer Sevinc Hüseynova barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət etdiyi şikayət icraata götürülüb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu, Füzuli Rayon Məhkəməsində bu gün keçirilən prosesdə elan edilib. Müğənninin şikayəti icraata götürülüb və Sevinc Hüseynova təqsirləndirilən şəxs kimi cəlb edilib. İş üzrə məhkəmənin baxış iclası oktyabrın 1-inə təyin olunub.

Xatırladaq ki, müğənni Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanın sosial şəbəkələrdə onun şərəf və ləyaqətini təhqir etdiyini bildirərək, xüsusi ittiham qaydasında Füzuli Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edib, bloqerin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini istəmişdi.

Məlumata görə, müğənni bloqer barəsində mülki qaydada da iddia qaldırıb.

O, məhkəmə prosesi başa çatanadək Sevinc Hüseynovasının müğənninin adını çəkməməsini istəyib.

Faktı Afət Fərmanqızının vəkili Asim Abbasov təsdiqləyib.

Qeyd edək ki, S.Hüseynova bir müddət əvvəl sosial şəbəkələrdə şəhid anasını təhqir etməsi ilə bağlı da məlumatlar yayılmışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanlı aparıcı ailə qurdu

Azərbaycanlı aparıcı ailə qurdu

Tanınmış aparıcı Günel Mönsümova ailə qurub.  BAKU.WS xəbər verir ki, o sevdiyi Ruslan adlı bəylə evlənib. Cütlüyün toyu paytaxt restoranlarından birində baş tu...

936 Şou-biznes 10:18 25 sentyabr 2026

Son xəbərlər