İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem ilə görüşüb.
BAKU.WS xəbər verir ki, söhbət zamanı hər il olduğu kimi, bu dəfə də paytaxtımızda "Formula 1" yarışlarının yüksək səviyyədə təşkil edildiyi qeyd olundu.
Azərbaycanın turizm potensialının təbliği baxımından bu yarışların əhəmiyyəti vurğulandı.
Görüşdə Beynəlxalq Avtomobil Federasiyasının Azərbaycan Avtomobil Federasiyası və klublar ilə əməkdaşlığından məmnunluq ifadə edildi, tərəfdaşlığın perspektivləri müzakirə olundu.
Qalereya
Oxşar xəbərlər
Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb. BAKU.WS xəbər verir ki,...