"Kara Haydar"ın maşınlarından dəstə-dəstə pullar çıxdı

Kara Haydarın maşınlarından dəstə-dəstə pullar çıxdı
Video
Şou-biznes 108

Türkiyə hüquq-mühafizə orqanları criminal aləmdə "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan Mehmet Fatih Tançalana qarşı növbəti xüsusi əməliyyat keçirib.

BAKU.WS xəbər verir ki, İstanbulda genişmiqyaslı əməliyyat zamanı "Vanlı Kara Haydar"ın maşınlarından milyonlarla avro tapılıb.

Tançalana aid qanunsuz vəsaitlərin İstanbulun Sarıyer rayonunun Maslak məhəlləsində park edilmiş avtomobillərdə gizlədildiyi müəyyən edilib.

Nəqliyyat vasitələrinə baxış keçirilərkən aşkar edilən nağd pulların siyahısı belədir:

10 000 000 avro (20 000 ədəd 500 avroluq əskinas)

5 860 000 avro (29 300 ədəd 200 avroluq əskinas)

320 000 avro (3 200 ədəd 100 avroluq əskinas)

260 000 avro (5 200 ədəd 50 avroluq əskinas)

700 000 dollar (7 000 ədəd 100 dollarlıq əskinas)

Beləliklə, avtomobillərdən ümumilikdə 16,44 milyon avro və 700 min dollar nağd pul müsadirə olunub.

Faktla bağlı araşdırmalar davam edir.

Sözügedən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər