Şəhid atası: "Anaların gözləri yaşlı qalmasın deyə zabitlərimiz həmin gün əsgərlərini də qorudular"

Şəhid atası: Anaların gözləri yaşlı qalmasın deyə zabitlərimiz həmin gün əsgərlərini də qorudular
Sosial 19

"Bizim şəhidlərimiz qanları, canları hesabına qəhrəmanlıqlarını Azərbaycan və dünya hərb tarixinə qızıl hərflərlə yazdılar".

BAKU.WS xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında şəhid kapitan Həmidağa Hüseynzadənin atası Bağı Hüseynzadə deyib.

O deyib ki, igid oğullarımız, zabitlərimiz anaların gözləri yaşlı qalmasın deyə həmin gün əsgərlərini də qorudular:

"Həmidağa 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib. Bir dəfə həmin döyüşlərdə şəhid olan əsgərlərindən birinin ailəsini ziyarətdən gəlirdi. Gördüm ki, gözləri dolub. Niyə ağladığını soruşanda dedi ki, şəhid anası övladını ondan istəyib ki, mən oğlunun komandiri olmuşam.

Dedim ki, onun valideynlərinin övladını kimdənsə tələb etməyə haqqı var, ona görə səndən istəyir. Bəs sənə nəsə olsa, mən nə edim? Axı sən özün cavabdeh şəxssən. Ona görə də onlar çalışdılar ki, özləri şəhid olsun, amma əsgərləri yaşasın. Mən cənab prezident İlham Əliyevə təşəkkür edirəm ki, onun Ali Baş Komandanlığı, şəhidlərimizin, qazilərimizin şücaəti ilə torpaqlarımız işğaldan azad edildi".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər