Azərbaycan Ordusunun baş leytenantı şəhid oldu

Azərbaycan Ordusunun baş leytenantı şəhid oldu
Siyasət 3623

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

Son xəbərlər