SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan tərəfinin Mingəçevir Su Anbarına raket zərbəsi endirəcəyi hədəsinə Bakıdan cavab gəlib.  
 
BAKU.WS xəbər verir ki, bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu münasibət bildirib."Mingəçevir Su-Elektrik Stansiyasının taleyi üçün narahat olmağa dəyməz. Mingəçevir SES-ə raket zərbəsi vurmaq haqqında düşünən erməni bilməlidir ki, bunun əvəzində Xankəndi Azərbaycanın uzaq mənzilli raketləri ilə yerlə-yeksan ediləcək”.

O, qeyd edib ki, Xankəndi Azərbaycanın öz torpağıdır, vurar, sonra da bərpa edər, ayrıca bizə də ziyanı olsa belə Ermənistanın Atom Elektrik Stansiyasını böyük təhlükə gözləyəcək:

"Ümumiyyətlə hansısa erməninin "biz Mingəçevir Su-Elektrik Stansiyasına raket zərbəsi vura bilərik” sərsəmləməsinin mənası odur ki, müharibə Dağlıq Qarabağdan Ermənistan ərazisinə keçəcək. Əgər müharibəni evlərinə daşımaq istəmirlərsə, "Mingəçevir” ifadəsini gərək dillərinə gətirməsinlər”.