Azərbaycan arxeologiyasının ən mühüm ünvanlarından biri - Azıx mağarasından reportaj

Azərbaycan arxeologiyasının ən mühüm ünvanlarından biri - Azıx mağarasından reportaj
Video
Digər 23

Baku TV-nin "Gör nələri qaytarmışıq" verilişinin yeni buraxılışı Quruçay dərəsində, Azıx və Salakətin kəndləri arasındakı dağlıq ərazidə yerləşən Azıx mağarasına həsr olunub.

Bildirilib ki, Azıx mağarası onilliklərdir Azərbaycan arxeologiyasının ən mühüm ünvanlarından biri sayılır.

1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərlik etdiyi Paleolit arxeoloji ekspedisiyası mağaranı elmi dövriyyəyə daxil edib. Aparılan qazıntılar zamanı təbəqələr açılıb, daş alətlər, heyvan sümükləri və qədim ocaq yerləri aşkarlanıb. 1968-ci ildə isə Azıxın adını dünya paleoantropologiyasına çıxaran ibtidai insana məxsus alt çənə sümüyü tapılıb.

Sonradan bu insan qalığı şərti olaraq "Azıxantrop" adlandırılıb. Vurğulanıb ki, Azıx mağarasının əhəmiyyəti təkcə çənə sümüyündən ibarət deyil. Mağara çöküntülərində 10 arxeoloji təbəqə - Quruçay mədəniyyəti, Aşel, Mustye və Holosen dövrünün izləri müəyyən edilib.

Maraqlıdır, insan buraya ilk dəfə nə zaman gəlib? İnsan nəsilləri nə üçün bu mağaraya təkrar-təkrar qayıdıblar? Afrikadan çıxaraq Avrasiyaya yayılan qədim insanın miqrasiya yolunda Qarabağ harada dayanırdı?

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər