Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Sentyabrın 10-da səhər saatlarında baş verən bir neçə hücumdan sonra "Şərq - Qərb" neft kəmərinin Ər-Riyad və Mədinə ərazisindəki işi ehtiyat tədbiri məqsədilə dayandırılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücumlar nəticəsində bir neçə nəfər yaralanıb, onlara tibbi yardım göstərilir.
Qəza və texniki briqadalar hücumlardan dərhal sonra işə başlayıb, neft kəmərinin təhlükəsizliyinin təmin edilməsi və onun vəziyyətinin yoxlanılması üçün lazımi tədbirlər görülüb.
Nazirlikdən qeyd edilib ki, sonrakı dəyişikliklər barədə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Qazaxıstanda 14 hərbçinin ölümü ilə bağlı araşdırmanın nəticələri açıqlandı
Qazaxıstan Müdafiə Nazirliyində vəziyyətin kompleks araşdırılması üzrə komissiya sentyabrın 24-də 14 hərbçinin həlak olduğu Xəzər dənizindəki təlimlərin planlaş...