SİZİN REKLAM BURADA!
055 213 76 73


"Xəyallarımız və hədəflərimiz puç oldu. Xəyallarımız isə əsgərlərimiz və vətənimizlə bağlı idi".

BAKU.WS Xezerxeber.az-a istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Maryam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı paylaşımında yazıb.

Paşinyanın qızının "Facebook"dakı profilində pessimist ruhda yazdığı status erməni istifadəçilərdə ciddi narazılıq yaradıb. Ermənistan mətbuatı artıq baş nazir ailəsinin belə bir bədbin ab-havada olmasını müzakirə mövzusuna çevirib.

Ermənilər həmin paylaşıma müxtəlif şərhlər yazaraq Paşinyanı Sorosun qulu olmaqda ittiham ediblər. Qeyd edilib ki, məhz Paşinyan və onun məntiqsiz addımları nəticəsində Ermənistan uçuruma sürüklənir.

Siyasi şərhçi Zaur Məmmədov deyib ki, ağır günlərini yaşayan Nikol Paşinyanın yeganə yolu işğal edilmiş Azərbaycan torpaqlarından geri çəkilməkdir. Əks halda Paşinyanı və Ermənistanı nələrin gözlədiyini proqnozlaşdırmaq elə də çətin deyil.

BAKU.WS
VİDEO