Vətəndaşın ailəsini söyən icra başçısı danışdı: "Ərk edib demişəm" (VİDEO)

Vətəndaşın ailəsini söyən icra başçısı danışdı: Ərk edib demişəm (VİDEO)
Video
Hadisə 2397

 

"Orda heç camaat da yığışmamışdı, öz qohumlarımdı, ərk edib demişəm"

BAKU.WS xəbər verir ki, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev sosial şəbəkədə yayılmış videosundan danışıb.

İcra başçısı açıqlamasında həmin videoda görüntülənən şəxsin özü olduğunu deyib: "Mən ora getmişdim, amma bilmirəm ki, orda kim qışqırır, kim-kimi söyür. Orda elə bir söyüş də olmayıb. Bir dənə "köpəkoğlu” sözü deyilib, vəssəlam. Öz qohumlarıma demişəm ki, "axmaq, köpəkoğlu, burda nə axtarırsan?” Orda heç camaat da yığışmamışdı. Öz qohumlarımdı, ərk edib demişəm. İçib piyan olub, kafedən çıxıb yığışmışdılar. Mən dünən səhərdən bu işlə məşğulam, Cəbrayıl sakinlərindən də soruşmuşam, hamısı deyir ki, onlar bizim öz uşaqlarımızdı. Heç bir təhqir olmayıb”.(lent.az)

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə yayımlanan videoda icra başçısı işsizlikdən şikayət edən vətəndaşı təhqir edərək onu qovub. O polisi çağıraraq onlardan vətəndaşın həbs edilməsini tələb edib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər