Tülkülər məktəbdə məskən salıb - Cəlilabadda real təhlükə - VİDEO
16
may
2019
22:29
Cəlilabadda məktəblərdən birinin zirzəmisində tülkü özünə yuva quraraq balalayib. Dərs saatlarında yuvasında gizlənən tülkü dərsdən sonra balaları ilə siniflərdə və məktəbin həyətində gəzişir.BAKU.WS xəbər verir ki, "Xəzər Xəbər"in çəkiliş qrupu həmin məktəbdə olub və şagirdləri danışdırıb.Məlum olub ki, tülkü 8-ci sinif şagirdlərinin dərs keçdiyi sinif otağının altında yuva qurub. Otağın sınıq döşəməsindən o, rahatca sinfə daxil olur. Ancaq heyvan dərs saatlarında yuvasından çölə çıxmır və buna görə də dərs prosesi pozulmur.Məktəbin direktor müavini Naib Məmmədov deyib ki, dərs zamanı tülkünü görən olmayıb.Vəhşi heyvanın balaları dərs prosesinə mane olmasa da, məktəbdə dərs qurtaranda həyətə çıxıb oynayırlar. Artıq tülkünün balalarını yemləmək üçün ətraf evlərdəki təsərrüfatlara hücum etdiyi də bildirilir. Məktəbin rəhbərliyi bildirib ki, tülkülər məktəbin zirzəmisindən kənarlaşdırılacaq.
Oxşar xəbərlər
Azərbaycanda məktəb qəzalı vəziyyətə düşdü, şagirdlər təxliyyə edildi – FOTO
Cəlilabad rayon Muğan kənd orta məktəbi qəzalı vəziyyətdədir. BAKU.WS bizimyol.info-ya istinadən xəbər verir ki, məktəbin 1930-cu ildə və 1974-cü ildə tikilən i...