Az bal toplayan müəllimlərə Təhsil Nazirliyindən pis xəbər (FOTO)

Az bal toplayan müəllimlərə Təhsil Nazirliyindən pis xəbər (FOTO)
Sosial 4617

 

Sosial şəbəkələrdə diaqnostik imtahanlarda iştirak edib az bal toplayan müəllimlərə dərs yükünün az veriləcəyi ilə bağlı foto yayılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, məlumatına görə, Bakı şəhəri, Xətai rayonunda yerləşən orta məktəbdə, yeni tədris ilində müəllimlərə veriləcək dərs yükü ilə bağlı xəbərdarlıqedici elan yerləşdirilib. Elanda bildirilir ki, 2017-2018 tədris ilində müəllimlərin dərs bölgüsündə müəllimlərin diaqnostik qiymətləndirmədə ixtisas fənnindən topladığı bal nəzərə alınacaq. Belə ki, ixtisasdan 4-6 bal toplayanlara 6, 11-15 bal toplayanlara 7-8, 16-20 bal toplayanlara 9-12, 21-30 bal toplayanlara 12-18, 31-40 bal toplayanlara 18-26 saat dərs yükü veriləcək. İbtidai sinif müəllimlərindən 15 baldan aşağı yığanlara isə sinif verilməyəcək, ancaq yığma dərslər veriləcək.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Report"a açıqlamasında bildirib ki, dərs yükünün paylanmasında qiymətləndirmənin nəticələri nəzərə alınır: "Bu yeni məlumat deyil, həmişə belə olub. Müəllimlərin dərs bölgüsündə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınmalıdır".

O vurğulayıb ki, sosial şəbəkələrdə dərs yükünün azaldılması ilə bağlı toplanan ballara uyğun dərs saatlarının ayrılması ilə bağlı foto tamamilə yanlışdır: "Həmin fotonun heç bir əsası yoxdur".

BAKU.WS

 

Oxşar xəbərlər

Müəllimlərə pis xəbər: ixtisarlar olacaq (RƏSMİ)

Müəllimlərə pis xəbər: ixtisarlar olacaq (RƏSMİ)

İndiyədək keçirilən diaqnostik qiymətləndirmələrdə kifayət qədər zəif nəticə göstərən müəllimlərin ixtisar ediləcəyi qaçılmazdır. Trend-in məlumatına görə, bun...

2449 Sosial 12:43 26 may 2017

Son xəbərlər