Bakıda 7-ci sinif şagirdi məktəbdə vəfat edib
05
okt
2018
00:44
Bu gün 18:00 radələrində Xəzər rayonu 26 nömrəli tam orta məktəbdə ölüm hadisəsi baş verib. Belə ki, həmin məktəbdə 125 nömrəli tam orta məktəbin 7 sinif şagirdi dünyasını dəyişib.Məktəbin həkimi həmin vaxt orada olmayıb. İdman müəllimi isə ilk tibbi yardım göstərə bilməyib. Vəfat edən şagird ailənin tək övladı olub.26 nömrəli tam orta məktəbdən bildirilib ki, məktəbin Teymur adlı idman müəllimi evə gedərkən qohumu Məmmədağa Zeynalovun halsız olduğunu görüb və onu özü ilə birlikdə məktəbə gətirib."Dünyasını dəyişən şəxs ürək əməliyyatı keçirib və epilepsiya xəstəliyindən əziyyət çəkib. Teymur müəllim hadisə zamanı ona ilki tibbi yardım göstərmək istəyib. Poliklinikada çalışan yoldaşına zəng edib. Uşağa dərhal ilkin yardım göstərilib. Təəssüf ki, təcili tibbi yardım gəlinə kimi uşaq vəfat edib".Məlumatda qeyd edilib ki, dünyasını dəyişən şagird Xəzər rayonu 125 nömrəli məktəbdə oxuyub və 26 nömrəli məktəbdə dərs deyən idman müəlliminin xalası nəvəsidir.(azvision.az)BAKU.WS
Oxşar xəbərlər
Bakıda sosiska yeyərkən boğulub ölən şagird dəfn olundu (VİDEO)
2-ci sinif şagirdi məktəbdə dünyasını dəyişib. Hadisə Sabunçu rayonu 67 saylıtam orta məktəbdə baş verib. Tənəffüs zamanı yemək yeyən şagirdin çörək boğazında q...