Bakıda sosiska yeyərkən boğulub ölən şagird dəfn olundu (VİDEO)
26
sen
2018
08:19
2-ci sinif şagirdi məktəbdə dünyasını dəyişib. Hadisə Sabunçu rayonu 67 saylıtam orta məktəbdə baş verib. Tənəffüs zamanı yemək yeyən şagirdin çörək boğazında qalıb, bu zaman o boğulub.Ailənin 10 ildən sonra dünyaya gələn tək övladı məktəbdə tənəffüs zamanı dünyasını dəyişib.Hadisə paytaxtın Sabunçu rayonu ərazisində yerləşən 67 nömrəli tam orta məktəbdə baş verib. Həmin məktəbin 2-ci sinif şagirdi Sabir Xəlilov tənəffüs zamanı içərisində sosiska olan çörəyi yediyi zaman boğulub. Uşaq boğulan zaman dərhal məktəbin tibb bacısının yanına aparıblar. Bundan sonra isə təcili tibbi yardım çağırsalar da uşağın həyatını xilas etmək mümkün olmayıb.Uşağın əmisi Namus Rzaquliyev deyir ki, uşağın boğazında anginası var idi. O, qarşıdakı aylarda əməliyyat olunacaqdı.2-ci sinif şagirdi bu gün dəfn olunub. Onun dəfnində məktəb rəhbərliyi ilə yanaşı şagirdlər də iştirak ediblər. Artıq sözügedən hadisə ilə bağlı polis araşdırmaya da başlayıb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda məktəblinin ölüm səbəbi açıqlandı
Sentyabrın 25-də paytaxtın 67 saylı məktəbində ikinci sinif şagirdinin ölümünə dilin qatlanması nəticəsində mexaniki asfiksiya səbəb olub. BAKU.WS xəbər verir k...