Yeni açılan məktəbin rus bölməsində BİABIRÇILIQ: Şagird var, müəllim tapılmır

Yeni açılan məktəbin rus bölməsində BİABIRÇILIQ: Şagird var, müəllim tapılmır
Hadisə 9481
Bakının Masazır qəsəbəsində yerləşən 4 nömrəli tam orta məktəbdə rus bölməsi olsa da şagirdlərə dərs deyəcək müəllimlər yoxdur.Bu şikayəti BAKU.WS-ə övladı həmin məktəbdə rus bölməsində təhsil alan validenylər bildiriblər.Onların sözlərinə görə, sentyabrın 15-də məktəbin rus bölməsinin şagirdləri 3 saat həyətdə günün altında dayandıqdan sonra evə gediblər.“Buna səbəb həmin məktəbdə rus bölməsinin müəllimlərinin olmamasıdır. Məktəbin direktoru Xatirə Şabanova dedi ki, səbirli olun, rus sektoru üçün müəllim tapmaq çətindir. 2-3 günə müəllimlər gələcək, narahat olmayın”, - deyə şikayətçi valideynlər bildirir.Valideynlər qeyd edirlər ki, direktor bu sözləri 3 ay bundan əvvəl, məktəb yeni fəaliyyətə başladığı il demişdi.Qeyd edək ki, 4 nömrəli tam orta məktəbin ötən ilin oktyabr ayında açılışı olub.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər