Prezident İlham Əliyev şagirdlərlə bir arada (FOTO)

Prezident İlham Əliyev şagirdlərlə bir arada (FOTO)
Sosial 1388

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonunda yerləşən 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib.

BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Azərbaycan Prezidentinə məlumat verdi. Qeyd edildi ki, 960 şagird yerlik üçmərtəbəli məktəbdə tədris iki növbədə aparılacaq.

Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev təhsil ocağının müəllim və şagirdləri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev Qusara gedib - FOTO

İlham Əliyev Qusara gedib - FOTO

Prezident İlham Əliyev sentyabrın 8-də Xaçmaza səfərini başa çatdıraraq Qusara gedib. Dövlət başçısı Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini zi...

1449 Siyasət 17:00 08 sentyabr 2016

Son xəbərlər