İlham Əliyev hərbçilərə yaradılan şəraitlə tanış oldu

İlham Əliyev hərbçilərə yaradılan şəraitlə tanış oldu
Siyasət 1009
 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış olub.

BAKU.WS xəbər verir ki, müdafiə naziri Zakir Həsənov dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevə raport verdi.

Bildirildi ki, bina Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Prezidentin İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama uyğun olaraq tikilib.

Yeni bina bir girişli olmaqla 14 mərtəbəlidir. Burada ümumilikdə 65 mənzil var. Onlardan 39-u iki otaqlı, 26-sı isə üç otaqlıdır.

Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə tanış oldu.

Sonra dövlətimizin başçısı hərbiçilərlə görüşdü.

Prezident İlham Əliyev görüşdə çıxış etdi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev hərbiçilərin bir qrupuna mənzillərin ordenlərini təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev hərbi gəmidə - FOTO

İlham Əliyev hərbi gəmidə - FOTO

İyunun 13-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində...

1123 Siyasət 11:31 13 iyun 2016

Son xəbərlər