Sinif yoldaşı olmayan şagird – Azərbaycanda qeyri-adi məktəb - VİDEO
Xaçmaz rayonu Ağarəhimoba kənd ibtidai məktəbində 24 şagird təhsil alır. Şagirdlərin az olması səbəbindən siniflər komplektləşdirilib.
Bununla bağlı "ARB Günəş”də yayımlanan sujetdə bildirilir ki, 1-ci sinif ilə 3-cü sinif bir otaqda, 2 və 4-cü sinif şagirdləri də digər bir otaqda bərabər dərs keçirlər.
Tədris işləri ilə 2 müəllim məşğul olur. Məktəbin digər maraqlı cəhəti də odur ki, 4-cü sinifdə yalnız bir şagird oxuyur. Aytac Məmmədova özündən 2 yaş balacalarla bir yerdə təhsil alır. Birləşmiş siniflərdə dərs keçməyin müəyyən çətinlikləri var. Belə ki, 45 dəqiqə ərzində hər iki sinfə vaxt ayırmaq lazımdır.
İbtidai sinfi bitirən məktəblilər təhsilini davam etdirmək üçün qonşu Qadaşoba kənd tam orta məktəbinə üz tuturlar.
Aytac Məmmədova: "Mən 4-cü sinifdə oxusam da 2-ci sinif dostlarıma kömək edirəm. Düzdür, mənim sinif yoldaşım yoxdur, amma mən onları özümə sinif yoldaşı kimi qəbul etmişəm”.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda şagird, müəllim və valideynlər arasında kütləvi dava düşüb
Bakı şəhəri, Suraxanı rayonunda yerləşən Sovet İttifaqı Qəhrəmanı Əmi Məmmədov adına 101 saylı orta məktəbdə şagird, müəllim və valideynlər arasında dava düşüb....