Azərbaycanda 36 mindən çox şagird Ana dilindən "2" qiyməti aldı

Azərbaycanda 36 mindən çox şagird Ana dilindən 2 qiyməti aldı
Sosial 1760

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-sı, 21-i, 25-i və 30-da orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında şagirdlərin fənnlər üzrə aldıqları qiymətlərə dair statistik göstəriciləri açıqlayıb.

BAKU.WS-in məlumatına görə, IX sinif şagirdləri arasında Ana dili fənnindən 20 911 nəfər (20,06 %) "2”, Riyaziyyat fənnindən 26 438 nəfər (25,31 %) "2” qiyməti alıb.

XI sinif şagirdləri arasında isə Ana dili fənnindən 15 486 nəfər (18,34 %) "2”, Riyaziyyat fənnindən 16 038 nəfər (18.96 %) "2” qiyməti alıb. 

Xatırladaq ki, ümumilikdə bu imtahanlarda 104 476 nəfər IX sinif şagirdi, 84 589 nəfər XI sinif şagirdi iştirak edib.

BAKU.WS

Son xəbərlər