TQDK ilə Təhsil Nazirliyi arasında yeni savaş

TQDK ilə Təhsil Nazirliyi arasında yeni savaş
Sosial 1090

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 8-ci sinif şagirdlərinin istifadəsinə verilmiş "Azərbaycan dili” dərslik komplektinin nəşrəqədərki modelinin tələblərə cavab vermədiyini açıqlayıb. Komissiyadan BAKU.WS-ə bildirilib ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış və bu tədris ilində nəşr edilərək 8-ci sinif şagirdlərinin istifadəsinə verilmiş "Azərbaycan dili” dərslik komplektinin nəşrəqədərki maketinin qiymətləndirilməsində iştirak edən qurumlardan biri də TQDK olub. 2015-ci ilin əvvəlində dərsliyin maketi TQDK-nın ekspertləri tərəfindən "Dərsliklərin qiymətləndirilməsi meyarları” əsasında dərsliyin və "Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından təhlil edilərək rəy hazırlanıb. Maketin qeyd edilən meyarlar üzrə tələblərə cavab vermədiyi rəydə göstərilib və rəy Təhsil Nazirliyinə göndərilib. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bu gün "bilik günü"dür

Bu gün "bilik günü"dür

Bu gün Azərbaycanda Bilik Günüdür. BAKU.WS-in məlumatına görə, 2015-2016-cı tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin I siniflərinə 150 mindən çox şa...

2039 Sosial 09:10 15 sentyabr 2015

Son xəbərlər