Ucarda qəza olub - Xəsarət alanlar var

Ucarda qəza olub - Xəsarət alanlar var
Foto
Hadisə 10

Ucarda yol qəzası olub, xəsarət alanlar var.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı istiqamətində hərəkətdə olan "Toyota" markalı minik avtomobili ilə "VAZ 2106" markalı avtomobil toqquşub. Nəticədə "Toyota" magistraldan yolun kənarına çıxıb.

Qəza zamanı Ucar rayon sakini Kamran Eyubov, Göyçay rayon sakinləri - Rauf Məmmədli və Aynur Azəri xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər