Xaçmazda qanunsuz balıq ovlayan şəxslərdən 29 nərə balığı götürüldü
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər dənizinin Xaçmaz rayonu istiqamətində qanunsuz balıq ovuna qarşı tədbir keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Su Nəqliyyatında Polis İdarəsi, DSX-nin Sahil Mühafizə Xidməti və Balıqçılıq və Akvakultura Mərkəzinin birgə məlumatında deyilir.
Qeyd edilib ki, əməliyyat-axtarış tədbiri DİN-in Su Nəqliyyatında Polis İdarəsi, DSX-nin Sahil Mühafizə Xidməti və Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşlarının iştirakı ilə baş tutub.
Nabran qəsəbəsi istiqamətində saxlanılan "Yamaha" markalı motorlu qayıqda 1980-ci il təvəllüdlü Pərviz Xankişiyev və 1997-ci il təvəllüdlü Həsən İsayev saxlanılıblar.
Onlardan qanunsuz ovlanmış 29 ədəd nərəcinsli balıq aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Gəncədə palata yoldaşını öldürən şəxs məcburi psixiatrik müalicəyə göndərildi
Gəncədə xəstəxanada palata yoldaşını öldürməkdə təqsirləndirilən Zaur Mustafayevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. BAKU.WS APA-ya istin...