Qeyri-adi qida qanda şəkərin səviyyəsini azaltmağa kömək edə bilər

Qeyri-adi qida qanda şəkərin səviyyəsini azaltmağa kömək edə bilər
Sosial 10

Fermentləşdirilmiş dəniz kələminin qanda şəkərin səviyyəsinin azaldığı ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, alimlər dəniz kələminin orqanizmin insulinə həssaslığının yaxşılaşmasına töhfə verə biləcəyini müəyyən ediblər.

Bu barədə tədqiqatın nəticələri "Food & Function" (F&F) jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində mütəxəssislər eksperimental yolla laboratoriya siçanlarından istifadə ediblər.

Dörd həftə ərzində heyvanlara fermentləşdirilmiş yapon laminariyası, adi fermentləşdirilməmiş laminariya və ya ikinci tip diabetin müalicəsində tətbiq olunan metformin preparatı verilib.

Daha sonra alimlər qlükoza mübadiləsinin göstəricilərini, insulinə həssaslığı və bağırsaq mikroflorasının vəziyyətini qiymətləndiriblər.

Araşdırma göstərib ki, fermentləşdirilmiş laminariya adi dəniz kələmi ilə müqayisədə qanda yüksək qlükoza səviyyəsini daha effektiv azaldır.

Bundan əlavə, heyvanların bağırsaq mikroflorasının tərkibində dəyişikliklər qeydə alınıb.

Faydalı qısazəncirli yağ turşuları istehsal edə bilən bakteriyaların sayı artıb, potensial arzuolunmaz bəzi mikroorqanizmlərin miqdarı isə azalıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər