Şahdağa qar yağır - Faktiki hava
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın əksər yerlərində noyabrın 20-si saat 10:00-a olan məlumata görə, qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakı və Abşeron yarımadasında da səhər saatlarında qısamüddətli yağış yağıb. Şahdağda isə arabir qar yağır.
Düşən yağıntının miqdarı Şahbuzda 10, Şərurda 4, Daşkəsən, Tovuz və Ordubadda 3, Gədəbəy, Sədərək, Culfa, Sarıbaş (Qax), Ağstafa və Kişçayda (Şəki) 2, Göygöl, Gəncə, Şəmkir, Balakən, Naxçıvan, Şabran, Mingəçevir, Zaqatala, Yevlaxda 1 mm-dir.
Bəzi yerlərdə qərb, şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Yardımlıda 25, Oğuz, Naftalan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 24, Goranboyda 23, Tərtərdə 22, Daşkəsən, Mingəçevir, Şəki, Şahdağ və Neftçalada 20, Qobustanda 19, Kəlbəcər, Altıağac, Lerik, Bərdə və Ağdamda 18, Gədəbəy və Şəmkirdə 16, Zəngilanda 15 m/s-dək güclənir.
Oxşar xəbərlər
Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib
Ağdamda Şəhər Günü münasibətilə silsilə ictimai-mədəni tədbirlər təşkil olunub. BAKU.WS report-a istinadən xəbər verir ki, rəsmi şəxslər və ictimaiyyət nümayənd...