Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib

Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib
Foto
Sosial 4

Ağdamda Şəhər Günü münasibətilə silsilə ictimai-mədəni tədbirlər təşkil olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, rayon sakinləri, qonaqlar, eləcə də aidiyyəti qurumların əməkdaşlarının qatıldığı silsilə tədbirlər Qarabağ atlarının şəhər küçələrindən İmarət Kompleksinə doğru yürüşü ilə başlayıb.

Gün ərzində İmarət Kompleksində təşkil olunacaq yarmarkada yerli istehsalçılar və sahibkarlar tərəfindən müxtəlif məhsullar təqdim ediləcək. Tədbirin əsas məqsədi Ağdamın işğaldan azad olunmasını ehtiva edən Zəfər tarixinin yaşadılması, milli-mənəvi dəyərlərin təbliğidir.

Qeyd edək ki, 20 noyabr – Ağdam Şəhəri Gününə həsr olunan tədbirlər Ağdam şəhərində Prezidentin xüsusi nümayəndəliyinin, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Qarabağ Dirçəliş Fondu, Atçılıq Federasiyası və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər