20 noyabr – Ümumdünya Uşaq Hüquqları Günüdür
Yeniliklərdən dərhal xəbərdar olun
Hər il noyabrın 20-də dünyada Ümumdünya Uşaq Hüquqları Günü qeyd olunur. Bu günün təsis edilməsi təşəbbüsü 1954-cü ildə BMT Baş Məclisi tərəfindən irəli sürülüb. Məqsəd uşaqların rifahının yüksəldilməsi, hüquqlarının qorunması və onların hərtərəfli inkişafına diqqətin artırılmasıdır.
BAKU.WS xtırladır ki, 1959-cu il noyabrın 20-də BMT Baş Məclisi Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu ilin eyni tarixində isə Uşaq Hüquqları haqqında Konvensiyanı qəbul edib. Məhz bu səbəbdən noyabrın 20-si beynəlxalq səviyyədə xüsusi əhəmiyyət daşıyır.
Uşaq Hüquqları haqqında Konvensiya dünyanın bütün ölkələrində uşaqların hüquqlarının təmin edilməsinə xidmət edən beynəlxalq sənəddir. Sənəd uşaqların sağlam və təhlükəsiz şəraitdə yaşaması, böyüməsi və inkişafı üçün zəruri prinsipləri müəyyənləşdirir.
Konvensiya 54 maddədən ibarətdir və uşaqların hüquqlarını dörd əsas istiqamət üzrə əhatə edir: yaşamaq, inkişaf, müdafiə və iştirak hüquqları.
İnkişaf hüquqları uşaqların təhsil almasını, istirahət etməsini, oyun və əyləncə imkanlarına sahib olmasını, informasiya əldə etməsini və dini etiqad azadlığını əhatə edir.
Müdafiə hüquqları isə uşaqların zorakılıqdan, istismardan, müharibələrin təsirindən, uşaq əməyinin istismarından və narkotik maddələrin zərərindən qorunmasını nəzərdə tutur.
Bununla yanaşı, Konvensiya hər bir uşağın öz fikrini sərbəst ifadə etməsi, ictimai həyatda iştirak etməsi, yaşaması və sağlam inkişafı üçün zəruri şəraitlə təmin olunması hüquqlarını təsbit edir.
Qeyd edək ki, Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də ənənəvi olaraq xüsusi tədbirlər təşkil edir. Bu gün uşaqların hüquqlarının qorunmasının vacibliyini bir daha diqqətə çatdırmaq və cəmiyyətdə bu istiqamətdə maarifləndirməni gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Şahdağa qar yağır - Faktiki hava
Azərbaycanın əksər yerlərində noyabrın 20-si saat 10:00-a olan məlumata görə, qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə BAKU.WS-...