Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
Yeniliklərdən dərhal xəbərdar olun
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib.
BAKU.WS xəbər verir ki, bu barədə Şura məlumat yayıb.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilir.
Jurnalist müsabiqənin elan olunduğu günədək son 3 aylıq dövr ərzində çap mediası və ya onlayn mediada dərc edilmiş, müəllifi olduğu və şərikli müəlliflik əsasında yaradılmamış bir yazını aşağıdakı nominasiyalardan biri üzrə müsabiqəyə təqdim edir:
– ən yaxşı reportaj;
– ən yaxşı ictimai-siyasi təhlil;
– ən yaxşı sosial-iqtisadi təhlil;
– ən yaxşı müsahibə;
– ən yaxşı mədəniyyət materialı;
– ən yaxşı publisistik məqalə (köşə yazısı);
– ən yaxşı jurnalist araşdırması;
– ən yaxşı oçerk.
Jurnalist müsabiqənin elan olunduğu günədək son 3 aylıq dövr ərzində audiovizual mediada yayımlanmış, hazırlanmasında jurnalist kimi iştirak etdiyi, xronometrajı 5 (beş) dəqiqədən çox olmayan bir süjeti aşağıdakı nominasiyalardan biri üzrə müsabiqəyə təqdim edir:
– ən yaxşı ictimai-siyasi reportaj;
– ən yaxşı sosial-iqtisadi reportaj;
– ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj.
Qeyd edilib ki, materialların qiymətləndirilməsi Media və Yayım Şurası tərəfindən cəlb edilmiş müvafiq sahədə bilik və təcrübəyə malik, müsabiqənin nəticələrində birbaşa və ya dolayı marağı olmayan 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.
Yeni qaydalara əsasən müsabiqəyə təqdim olunan materialın məzmunu ilə yanaşı, jurnalistin müraciətini təqdim edənədək bir və ya bir neçə fərdi rəqəmsal hesabında yerləşdirdiyi, həmin materialla birbaşa əlaqəli və onu dərhal müəyyən etməyə imkan verən paylaşımlar (foto, video, audio, infoqrafika və s.) da qiymətləndirilir.
Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 5 jurnalist və 5 operator qalib elan edilir və mükafatlandırılır.
Müsabiqəyə müraciət qəbulu 27 noyabr, saat 18:00-dək davam edəcək.
"Media nümayəndələri üçün müsabiqənin keçirilməsi Qaydaları" ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Şənbə günü Azərbaycanda 21° dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə BAKU.WS-ə Milli Hidrome...