Təhsil Nazirliyi: 4 mln. dərs vəsaiti çap olunub

Təhsil Nazirliyi: 4 mln. dərs vəsaiti çap olunub
Sosial 1348

Ümumtəhsil məktəblərinin  IV, VI və VIII sinifləri üçün 2015-2016-cı tədris ilinə 141 adda 4 mln. 95 min 370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.

Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb.

Əvvəlki illərdə hazırlanması baş tutmamış V sinif "Alman dili” və "Ərəb dili”, eləcə də, VII sinif "Fransız dili” dərslik komplektləri də çap prosesindədir və yaxın günlərdə yerlərə göndəriləcək.

Respublikanın Qax, Zaqatala və Balakən rayonlarının gürcü dili tədris olunan məktəbləri üçün I və II sinif dərslikləri gürcü dilinə tərcümə olunub və onlar hazırda çapdadır.

Yeni tədris ilində ümumtəhsil məktəblərinin I, II, III, V, VII, IX, X və XI sinif şagirdləri əvvəlki illərdə çap olunmuş və məktəb kitabxana fondlarındakı dərsliklər hesabına təmin olunacaqlar.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Prezident liseydə olub (FOTO)

Prezident liseydə olub (FOTO)

Prezident İlham Əliyev sentyabrın 10-da Bakının Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə görülən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış o...

1784 Sosial 14:39 10 sentyabr 2015

Son xəbərlər