Sumqayıtda idmançılar arasında qıza görə kütləvi dava: 4 nəfər bıçaqlanıb
11
fev
2019
08:42
Sumqayıt şəhərində kütləvi davada 4 nəfər bıçaqlanıb."Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 41-ci məhəlləsində idmançı gənclər arasında mübahisə zəminində baş verib.Sonradan əlbəyaxa dava zamanı 4 nəfər bıçaqlanıb. Onlardan üç nəfəri - 1988-ci il təvəllüdlü Həsənov Anar Əli oğlu, 1991-ci il təvəllüdlü Salamov Eldar İxtiyar oğlu və Ələsgərov Eminin vəziyyəti ağır oduğundan dərhal əməliyyat olunub.Kütləvi dava zamanı onlarla gənc müxtəlif bədən xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə müraciət edib.Şahidlərin sözlərinə görə, kütləvi davada 30-a yaxın gənc iştirak edib. Davanın qız üstündə olduğu bildirilir.Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.Gəncədə toy mərasimində döyülmə hadisəsi baş verib.BAKU.WS
Oxşar xəbərlər
Toyda yaba ilə dava - 3 nəfər yaralandı
Sabirabadda toyda baş verən kütləvi davada 3 nəfərə yaba ilə xəsarətlər yetirilib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, saat 00.30 radələrində Sabirabadın Mo...