Şəmkirdə avtoqəzada xəsarət alan şəxslərin vəziyyəti AÇIQLANDI
Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Şəmkir Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Bildirilib ki, yanvarın 18-i saat 00:50-də Şəmkir rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Onlardan 2001-ci il təvəllüdlü şəxsə döş qəfəsinin sağ tərəfinin qabırğalarının çoxsaylı sınıqları, sağtərəfli hemopnevmotoraks, qapalı kəllə-beyin travması diaqnozu təyin edilib.
Hazırda pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
1985-ci il təvəllüdlü şəxsə isə ağır kəllə-beyin travması, döş qəfəsi qabırğalarının çoxsaylı sınıqları diaqnozu təyin edilib. Həmin pasiyent yaxınlarının təkidi ilə özəl tibb müəssisəsinə təxliyə edilib".
Xatırladaq ki, hadisə ötən gün baş verib. "Hyundai Elantra" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 1985-ci il təvəllüdü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alıblar.
Oxşar xəbərlər
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşüb
Salyan rayonunda 26 yaşlı çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisind...