Rusiyada yerləşən 4 türk bankına basqın edildi

Rusiyada yerləşən 4 türk bankına basqın edildi
Hadisə 921

 

Rusiya ilə Türkiyə arasında təyyarə böhranı daha da gərginləşir.

 

BAKU.WS-in məlumatına görə, Rusiya bu dəfə də türk banklarına basqın edib. Rusiya Daxili İşlər Nazirliyi və Rusiya Federal Təhlükəsizlik Xidməti rəsmiləri "Garanti Bankı"nın Moskvadakı "Moscow City" şöbəsində axtarış aparıb. Bəzi türk vətəndaşların hesablarında olan pulları bir neçə bank üzərindən Rusiyadan kənara çıxarılıb. 

Rusiyada fəaliyyət göstərən 4 türk bankının şöbələrində Rusiyanın Daxili Kəşfiyyat Təşkilatı (FSB), köhnə adı ilə KQB basqın edib. FSB-nin maliyyə əməliyyatlar üzrə mütəxəssis qrupları şöbələrdə çirkli pulu yuyulması ilə bağlı araşdırma aparıb. FSB qruplarının dünən günorta saatlarında etdiyi basqın zamanı bütün əməliyyatlar tək tək araşdırılıb. 

Qeyd edək ki, Rusiyada aralarında "Ziraat Bankı", "Garanti Bankı"və "Yapı Kredi"nin də olduğu bir neçə türk bankı fəaliyyət göstərir.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Rusiya hərbi təyyarəsi Türkiyə səmasında uçacaq

Rusiya hərbi təyyarəsi Türkiyə səmasında uçacaq

Rusiya Müdafiə Nazirliyi "Açıq Hava Sahəsi Razılaşması" çərçivəsində rus hərbi təyyarəsinin Türkiyə səmasında müşahidə uçuşu edəcəyini açıqlayıb. BAKU.WS-in mə...

1262 Hadisə 11:31 14 dekabr 2015

Son xəbərlər