Rusiya hərbi təyyarəsi Türkiyə səmasında uçacaq
Rusiya Müdafiə Nazirliyi "Açıq Hava Sahəsi Razılaşması" çərçivəsində rus hərbi təyyarəsinin Türkiyə səmasında müşahidə uçuşu edəcəyini açıqlayıb.
BAKU.WS-in məlumatına görə, Rusiya Nüvə təhlükəsinin azaldılması üzrə Milli Mərkəzin rəhbəri Sergey Rıjkov An-30B tipli müşahidə təyyarəsinin bir qrup mütəxəssislə Türkiyə üzərində uçuş həyata keçirəcəyini bildirib. Onun sözlərinə görə, uçuş marşrutu mövzusunda Ankara ilə razılıq əldə olunacaq.
Ərzurumdan qalxacaq təyyarə 14-18 dekabr tarixləri arasında müşahidə uçuşunu reallaşdıracaq. Rus hərbi müfəttişləri türk hərbi səlahiyyətlilər də müşayət edəcək. Türk hərbiçilər uçuş zamanı hansı cihazlardan istifadə ediləcəyinə nəzarət edəcək. Uçuş marşrutunun maksimum 1500 kilometr olacağı qeyd edilib.
Sergey Rıjkov müşahidə uçuşunun məqsədini də açıqlayıb: "Anlaşmamaya qoşulan ölkələr arasında həyata keçirilən uçuşlar hərbi sahələrdə qarşılıqlı şəffaflıq və bu siyasətin inkişaf etdirilməsi və təhlükəsizliyin möhkəmləndirilməsi nəzərdə tutulur".
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Türkiyə vurulan hərbi təyyarəyə görə Rusiyaya başsağlığı verdi
Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə sərhəddində vurulan hərbi təyyarənin vurulması ilə bağlı iddia ortaya atıb. BAKU.WS-in məlumatına görə, Lavro...